Gəncədə 16 yaşlı yeniyetmənin bıçaqlanması hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2010-cu il təvəllüdlü R. Bayramov dünən 22:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Döş qəfəsinin sol tərəfinin daxilə keçən kəsilmiş, deşilmiş yarası və sol bazu nahiyəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N. Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.