Rusiyada 33 yaşlı qadın keçmiş sevgilisinin avtomobilini və bağ evini yandırıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, 39 yaşlı kişi polisə müraciət edərək naməlum şəxsin onun torpaq sahəsinə daxil olduğunu, “Niva” markalı avtomobilini və bağ evini yandırdığını deyib.
Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin kişinin keçmiş sevgilisi olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
