
Azərbaycanda iki bank bazarda rəqabətə davam gətirə bilmir, birləşir.
Heftelik.az xəbər verir ki, Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər.
Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır.
Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarları Bank Respublikanın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək Bank Respublikanın səhmdarlarına çevriləcəklər.
Səhmlərin satın alınması başa çatdıqdan sonra Bank Respublika və AccessBank ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Onların sonradan vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.

