Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, “nə üçün oxuyursan, tez ərə getməlisən”.
Heftelik.az APA-ya istinadən xəbər verr ki, bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova bildirib.
“Öz təcrübəmdən götürürəm və ayrı-ayrı söhbэtlərdən də görürəm çox zaman müəllimlər o dərəcədə psixoloji cəhətdən uşaqlara düzgün təsir göstərmirlər. Oa bilər ki, hansısa fənn üzrə yaxşı bir müəllimdir. Amma qız uşağına məsləhət verir ki, “nə üçün əziyyət çəkirsən, oxuyursan, düşün ki, tez ərə getməlisən”. Belə də fikirləşən müəllimlər var. Əfsuslar olsun ki, hələ düşüncəsi tam formalaşmayan gənclərə təsir göstərməyə çalışırlar. Belə insanlar var”, – deyə komitə sədri bildirib.
