Harri Keyndən nadir rekord

11 Sentyabr 2026, 11:16

Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn nadir rekordu təkrarlayıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Norveçin “Budyo-Qlimt” komandası ilə matçda (5:0) fərqlənməklə müvəffəq olub.

Belə ki, ingiltərəli forvard turnirdə ardıcıl 8-ci matçda qol vurub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında buna qədər ardıcıl 8 və daha çox oyunda yalnız Kriştianu Ronaldu, Robert Levandovski  və Rud van Nistelroy qol vurublar.