Oman sahilləri yaxınlığında naməlum şəxslər tərəfindən iki gəmiyə hücum edilib.
Heftelik.az xəbər verir ki, bu barədəBöyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər tərəfindən atılan dörd mərmi Xəsəb şəhərindən 4 dəniz mili qərbdə iki gəmiyə düşüb. Gəmilərdən birində yanğın baş verib.
UKMTO ikinci gəminin ekipajının və ya sərnişinlərinin vəziyyəti barədə məlumata malik olmadığını bildirib.
