Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir.

Heftelik.az  APA-ya istinadən xəbər verir ki,  bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.

O qeyd edib ki, süni intellektlə bağlı məsələlərin müzakirəsi üçün müftilərin xüsusi görüşü keçirilməlidir.

“Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər”, – deyə Allahşükür Paşazadə bildirib.