Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Gela Geladze istefa verib.

Heftelik.az  xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Bildirilib ki, Geladze siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa qurumda davam etdirmək qərarına gəlib.

Qeyd edək ki, o bu ilin aprelində Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə gəlmişdi. Geladze həmin postda siyasətdən gedən Mamuka Mdinaradzeni əvəz etmişdi.