Hakan Fidan Azərbaycana gəlir

14 Sentyabr 2026, 14:16

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Heftelik.az xəbər verir ki, bu barədə “Axşam” qəzeti məlumat yayıb.

Türkiyənin XİN başçısının səfəri sentyabrın 15-16-na nəzərdə tutulub.

Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli və nümayəndə heyətləri arasında görüşlər keçirəcək.

O həmçinin Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşəcək.