Mərkəzi Bank müəyyən hallarda bankın başqa hüquqi şəxsin kapitalında iştirakına icazə verməyəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Sənədlər tam təqdim edilmədikdə müraciət rədd olunacaq.
Hüquqi şəxsin rəhbərləri qanunun tələblərinə cavab vermədikdə də icazə verilməyəcək.
Maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olması da imtina səbəbləri sırasındadır.