Sabah 43 dərəcə isti olacaq

14 Sentyabr 2026, 12:23
Sentyabırn 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə, gecə bəzi yerlərdə zəif duman olacaq.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % təşkil edəcək.
Sabah  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 17-20° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacaq.