Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Ermənistana ümumilikdə 17 milyon 602.76 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Heftelik.az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi 33 milyard 238.39 milyon ABŞ dolları təşkil edib.