Mərkəzi Bank xarici banklarla bağlı nəzarət təmin olunmadıqda icazə verməyəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu hal xarici ölkənin nəzarət orqanının lazımi nəzarət həyata keçirmədiyi vəziyyətlərə aiddir.
Eyni qayda həmin orqanın Mərkəzi Bankla əməkdaşlıqdan imtina etməsi zamanı da tətbiq olunacaq.
Belə hallarda nəzarət funksiyalarının icrası mümkün hesab edilməyəcək.