Ötən gün Bakı şəhərinin Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən çoxmərtəbəli binada eyvanın fasadı uçub, yük maşınının sürücüsü ölümdən dönüb.
Heftelik.az xəbər verir ki, hadisə çoxmərtəbəli binada mənzillərdən birinə yük gətirən 10-GM-807 dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobilindən yük boşaldıldıqdan bir neçə dəqiqə sonra baş verib.
Binanın 10-cu mərtəbəsində yerləşən eyvanın fasadı uçub və daş parçaları yük maşınının üzərinə düşüb. Xoşbəxtlikdən həmin an sürücü maşının yanında olmayıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib.
Binanın idarə edilməsinə məsul qurumun rəhbəri (“komendant”) isə maşına dəyən ziyana görə məsuliyyət daşımadıqlarını bildirib…
