Mərkəzi Bank xarici kapitallı banklar və xarici bankların yerli filialları üçün əlavə tələblər müəyyən edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu tələblər aktivlərin Azərbaycan ərazisində yerləşdirilməsinə aid olacaq.
Qərar maliyyə sabitliyinin qorunması məqsədilə verilə bilər.
Qayda xarici bankların yerli fəaliyyətinə nəzarəti gücləndirəcək.