Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb.

Bu barədə Heftelik.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri – 50 yaşlı A. İsayev, 53 yaşlı İ. Qəmbərov və 37 yaşlı N. Bayramov dəmiryolu relslərini kəsərək oğurlayan zaman hadisə yerində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.