Müşahidə Şurası qanun pozuntusu aşkar etdikdə aidiyyəti qurumlara məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Şura əvvəlcə səhmdarların ümumi yığıncağını, Audit Komitəsini və İdarə Heyətini məlumatlandıracaq.
Bank qanunvericiliyinin və maliyyə monitorinqi ilə bağlı qanunların pozulması hallarında Mərkəzi Banka da bildiriş göndəriləcək.
Bu mexanizm bank sektorunda nəzarətin gücləndirilməsinə yönəlib.
