Vergi yoxlaması zamanı yoxlayıcıların təqdim etməli olduğu sənədlər müəyyənləşdirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.

Növbədənkənar yoxlamalarda əvvəlcədən bildiriş təqdim edilmir və yoxlama qərarın imzalandığı tarixdən sonrakı gün başlanır.

Yoxlayıcı xidməti vəsiqəsini təqdim etməli və yoxlamanın hüquqi əsaslarını izah etməlidir.

Vergi ödəyicisinə qərarın və digər zəruri sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur.

Yoxlamaya başlamazdan əvvəl onun səbəbi və məqsədi vergi ödəyicisinə izah edilməlidir.

Yoxlayıcılar nəzarət kitabçasında müvafiq qeydlər apardıqdan sonra yoxlamanı həyata keçirirlər.