Vergi ödəyicisinin tələbi ilə keçirilən növbədənkənar yoxlamanı əvvəlki yoxlayıcılar həyata keçirə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Xüsusi vergi rejimli müəssisələrdə yoxlamalar ayrıca qanunvericilik nəzərə alınmaqla aparılır.
Yoxlama üçün əsas yarandıqda bu barədə məlumat AVİS sisteminə daxil edilməlidir.
Bundan sonra xidməti məlumat forması hazırlanır.
Həmin sənəddə yoxlamanın əsasları ətraflı göstərilir.
Bu prosedur yoxlamanın rəsmiləşdirilməsi üçün məcburidir.