Fiziki şəxslər yol hərəkətinə nəzarət edən vəzifəli şəxslərin hərəkətlərindən şikayət etmək hüququna malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Şikayətlər inzibati qaydada və ya məhkəmə vasitəsilə verilə bilər.
Vətəndaşlar cərimələr və cərimə balları barədə elektron qaydada da məlumat ala bilərlər.
Qanun digər hüquqlardan istifadə imkanını da nəzərdə tutur.