Yol hərəkətinin inkişafı və təhlükəsizliyi ilə bağlı proqramlar dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu maliyyələşmə avtomobil yolları şəbəkəsinin saxlanılması və inkişafını da əhatə edir.
Yollarda təhlükəsiz hərəkətin və ekoloji tələblərin təmin olunmasına yönələn tədbirlər də dövlət büdcəsindən qarşılanacaq.
Həmin proqramlar ölkə və inzibati ərazi vahidləri üzrə həyata keçiriləcək.
