Avropa İttifaqı Kanadaya qurumun ilk assosiativ üzvü olmağı təklif edib.
Heftelik.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Aİ Kanada ilə tərəfdaşlığı mümkün olan ən yüksək səviyyəyə çatdırmaq istəyir.
Qeyd edək ki, Kanadanın Baş naziri Mark Karni daha əvvəl Aİ ilə “unikal ittifaq” yaradılması üzrə danışıqlara başlandığını açıqlayıb. Bu, Ottavanın ABŞ-la ticarət danışıqlarının nəticəsiz qalmasından sonra baş verib.
