Avtomobil yollarının layihələndirilməsi və tikintisi beynəlxalq standartlara uyğun aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Layihələr hazırlanarkən nəqliyyat vasitələrinin rahat hərəkəti üçün zolaqların yetərli olması nəzərə alınmalıdır.
Yolların layihələndirilməsi və tikintisi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu tələblər təhlükəsiz və müasir yol infrastrukturunun yaradılmasına yönəlib.
