Müğənni Aysun İsmayılova dələduzluqla üzləşdiyini açıqlayıb.
Heftelik.az  xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, bir müddət əvvəl evindəki mebelləri yeniləmək üçün ustalarla razılaşıb. Ustalar onun 12 min dəyərində mebellərini aparıb, təmir və yenilənmə işləri üçün 5 min pul alıblar.
A.İsmayılova bildirib ki, ona mebellərin bir ay ərzində hazır olacağı deyilsə də, sonradan ustalarla əlaqə saxlamaq mümkün olmayıb:
“Məndən 50 faiz ödəniş aldılar. Fevral ayı gəldi çatdı. Bunlara yığırıq, cavab vermirlər. Nə mebellərimiz gəlir, nə də pulumuz qaytarılır. Axırda biz bunlardan polisə şikayət etdik.
Bu insan sonradan etiraf etdi ki, mebelimi bərpa etmək adı ilə aparsa da, əslində satmağı planlayıb. Dedi ki, sənə düzəltdiyim başqa mebeli gətirəcəkdim. Demək, bunların fikri o imiş ki, mebelimi aparıb satsınlar və mənə də özləri düzəltdiyi ucuz materialdan mebel gətirsinlər”.
Müğənninin sözlərinə görə, ustalar 6 ay sonra 12 min manatlıq mebeli geri gətiriblər. Lakin onlar A. İsmayılovanın ödədiyi 5 mini qaytarmaqdan imtina ediblər.
A. İsmayılova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.