Bankların aidiyyəti şəxslərə xüsusi güzəştlər tətbiq etməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, aidiyyəti şəxslərə digər müştərilərdən fərqli olaraq güzəştli kreditlərin verilməsi qadağandır.
Onlarla güzəştli şərtlərlə digər əməliyyatların aparılmasına da icazə verilmir.
Bu yanaşma bütün müştərilər üçün bərabər şərtlərin təmin edilməsinə yönəlib.