İnformasiyanın MÜHAFİZƏSİ

16 Sentyabr 2026, 01:15

Qanunsuz müdaxilə nəticəsində zərər vurula bilən bütün sənədləşdirilmiş informasiya mühafizə olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
İnformasiyanın mühafizə rejimi onun hüquqi statusundan asılı olaraq müəyyən ediləcək.
Məsul struktur bölmələr informasiya mühafizəsi tələblərinə əməl olunmasına nəzarət edəcəklər.
Pozuntu aşkar edilərsə, informasiya ilə işləmək dayandırıla bilər.
Mülkiyyətçi mühafizə normalarının yoxlanılması üçün aidiyyəti qurumlara müraciət edə bilər.
Yoxlamalar zamanı informasiyanın və nəticələrin məxfiliyi qorunmalıdır.