Lənkəranda yol polisi əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanlarının üzəri yapışqan lentlə örtülmüş vəziyyətdə idarə olunan “Mercedes” markalı avtomobil saxlanılıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən sürücünün yol verdiyi qayda pozuntularına görə məsuliyyətdən yayınmaq məqsədilə dövlət qeydiyyat nişanlarının görünüşünə müdaxilə etdiyi müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
