Səyyar vergi yoxlamasında ilkin araşdırma başa çatdıqdan sonra yoxlamanın planlaşdırılması aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.

Bu məqsədlə “Səyyar vergi yoxlaması planı” tərtib edilir və zərurət yarandıqda genişləndirilə və ya məhdudlaşdırıla bilər.

Plan çərçivəsində vergi ödəyicisi üzrə iş qovluğu açılır və bütün əsas məlumatlar həmin qovluqda qeyd olunur.

Yoxlama zamanı elektron məlumat bazaları, əvvəlki yoxlamaların nəticələri və digər rəsmi mənbələr təhlil edilir.

Həmçinin təqdim olunmuş bəyannamələr, uçot metodları və fəaliyyət barədə məlumatlar müqayisə olunur.

Plan vergi ödəyicisinə təqdim edilmir və yalnız yoxlamanın səmərəli təşkili məqsədinə xidmət edir.