Yevlaxda qadın binadan yıxılıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 32-ci məhəlləsində qeydə alınıb.

91 yaşlı Məmmədova Qərənfil Həsən qızı yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilinin eyvanından yıxılaraq ölüb.

Qeyd üdək ki, Yevlaxda faciəvi şəkildə ölən qadın şəhid arvadı imiş. Yevlax şəhərində binanında 4-cü mərtəbəsindən yıxılaraq, dünyasını dəyişən 91 yaşlı Qərənfil Məmmədova 1-ci Qarabağ müharibəsi şəhidi Yunis Muxtar oğlu Məmmədovun arvadıdır.

Hazırda Qərənfil Məmmədovanın bədbəxt hadisə nəticəsində ölümü ilə əlaqədar araşdırma aparılır.