İstanbulda məşhurların da aralarında olduğu şəxslərə qarşı narkotik əməliyyatı keçirilib.

Heftelik.az xəbər verir ki, əməliyyat Bakırköy Respublika Baş Prokurorluğunun apardığı “Məşhurlara qarşı narkotik araşdırması” çərçivəsində İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı 15 nəfər saxlanılıb.

Saxlanılanlar arasında aktyor Aras Bulut İynemli, müğənni Sefo (Seyfullah Sağır), aktrisa Melis Sezen, aktrisa Nilperi Şahinkaya, Hande Demir, keçmiş futbolçu Hasan Şaş, aktrisa Melis İşiten, aktrisa Yeliz Yeşilçimen, müğənni Anıl Durmuş, aktrisa Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır və Sayat Zurnacı da var.

Bundan başqa, daha 3 nəfər barəsində saxlanılma qərarı verildiyi bildirilib.

Araşdırma davam edir.