Növbəti səyyar vergi yoxlaması barədə vergi ödəyicisi əvvəlcədən məlumatlandırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Bildiriş yoxlamanın başlanmasına azı 15 gün qalmış təqdim edilir.
Sənəddə yoxlamanın əsası və tarixi göstərilməlidir.
Həmçinin tərəflərin hüquq və vəzifələri də izah olunur.
Yoxlama, bir qayda olaraq, bildirişdə göstərilən tarixdə başlanır.
Vergi ödəyicisinin müraciəti olduqda yoxlama daha tez də başlaya bilər.
