Pakistanda məscidin yaxınlığında partlayış baş verib.
Heftelik.az “Geo News”-a istinadən xəbər verir ki, hadisə Xeybər-Paxtunxva vilayətində qeydə alınıb.
Partlayışın cümə namazı vaxtı baş verdiyi bildirilir.
Hadisə nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan isə xəsarət alıb.
Yaralıların içərisində polis əməkdaşları da var.
Partlayış nəticəsində məscidin binasına ciddi ziyan dəyib.
