Sürücülərin hazırlanması və imtahanlarının təşkili dövlətin vəzifələri sırasına daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Sürücü hazırlayan təhsil müəssisələri və kursların açılmasına razılıq veriləcək.
Onların fəaliyyətinə nəzarət ediləcək, nəzəri və praktiki imtahanlar təşkil olunacaq.
İmtahandan uğurla keçən şəxslərə sürücülük vəsiqəsi veriləcək və onların uçotu aparılacaq.
