ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb.

Heftelik.az Qafqazinfo-ya istiadən xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb.

Rəsm əsərini alan şəxs onun bir küncündə “Abercrombie, ’51” yazıldığına diqqət yetirib. Sonradan o, rəssamın yaradıcılığına həsr olunmuş sərgidə eyni rəsmin fotoşəklini görüb.

Müəyyən olunub ki, rəsm həqiqətən 1951-ci ildə G.Aberkrombi tərəfindən çəkilib. “Alderman Merriam’s Shells” adlı rəsm əsərində Çikaqo şəhər şurasının üzvü olmuş Robert Merriamın kolleksiyasında olan dəniz balıqqulaqları təsvir olunub.

Fotoda Gertruda Aberkrombi

Ekspertlər əsərin tarixini bərpa edə biliblər. Məlum olub ki, Aberkrombi 1952-ci ildə rəsmi Miçiqandan olan həkim Con Reynoldsa tibbi prosedur qarşılığında verib. Bundan sonra kətan təxminən 75 il həkimin ailəsində qalıb.

Rəsmin hazırkı sahibi onu “Freeman’s” auksionuna çıxarıb. Onun ilkin dəyəri 150-250 min dollar təşkil edir.