Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının konfranslarının keçirilməsi, VIII Qurultaya nümayəndələrin seçilməsi prosesi başa çatıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, sabah YAP mərkəzi qərargahında rayon təşkilatlarının sədrlərinin iclası keçiriləcək, qurultayla bağlı texniki məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.

YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti qurultay bu il keçirilməlidir.

YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək.