İdarə Heyətinin üzvləri və bankın səhmdarları Audit Komitəsinin üzvü ola bilməzlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Qanunun tələblərinə cavab verməyən şəxslər də Komitədə təmsil oluna bilməyəcəklər.
Belə şəxslər Müşahidə Şurasının qərarı ilə vəzifədən azad ediləcəklər.
Bankın səhmdarı olmayan Müşahidə Şurası üzvlərinin Audit Komitəsində təmsil olunmasına icazə verilir.
