Bankın kapitalı müəyyən edilmiş kritik həddə çatdıqda Mərkəzi Bank dərhal məlumatlandırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bildiriş vermək öhdəliyi bankın inzibatçılarının üzərinə düşür.
Bu tələb kapital minimum həddin 25 faizinə və ya adekvatlıq əmsalı 3 faizə çatdıqda tətbiq edilir.
Məqsəd maliyyə sabitliyinə yarana biləcək risklərin vaxtında qiymətləndirilməsidir.