Ukrayna son 11 həftə ərzində Azov və Qara dənizlərdə Rusiyanın “kölgə donanması”na aid 300 gəmini sıradan çıxarıb.
Heftelik.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegram” kanalında məlumat yayıb.
Brovdinin açıqlamasına əsasən, iyulun 6-dan etibarən 11 həftə davam edən əməliyyat çərçivəsində Azov dənizində 134, Qara dənizdə isə 166 gəmi sıradan çıxarılıb. O, hazırda əməliyyatın davam etdiyini qeyd edib.
Brovdi, həmçinin Azov dənizi və Kerç boğazında gəmiçilik fəaliyyətinin dayandırıldığını, Qara dənizin şimal və şimal-şərq hissələrində isə “kölgə donanması”nın hərəkətinin çətinləşdirildiyini bildirib.
