Yol hərəkəti qaydalarının pozuntuları və tətbiq olunan cərimələr barədə elektron məlumat əldə etmək mümkün olacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yol-nəqliyyat hadisələri və hüquq pozuntuları üzrə vahid uçot aparılacaq.
Vətəndaşlar cərimələr, cərimə balları və onların silinməsi barədə rəsmi internet resurslarından məlumat ala biləcəklər.
Bu mexanizm məlumatlılığı və şəffaflığı artıracaq.