Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.
Heftelik.az xəbər verir ki, Yavaş bu barədə sosial media hesablarında paylaşım edib.
Mansur Yavaş CHP-də haqqında səslənən açıqlamalardan sonra belə bir qərar verdiyini bildirib.
Mansur Yavaş fəaliyyətini bitərəf kimi davam etdirəcəyini açıqlayıb. Eyni zamanda ad çəkmədən CHP-ni parçalayan Özgür Özəlin yaratdığı Yeni Partiyaya keçməməsinin də səbəbini açıqlayıb: “İnsanlar seçkiyə gedərkən tək bir şəxsə feyil, həm də bir siyasi iradyə səs verir. Buna görə seçicilərin iradəsini yox saymağı, onun səsi ilə əldə edilən vəzifələri səs vermədiyi siyasi adreslərə daşımağı da doğru saymadım, bu gün də saymıram”.
