Bakıda skuterdən yıxılan 42 yaşlı kişi ölüb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.
Məlumata görə, 1984-cü il təvəllüdlü İsmayıl Nəbiyev sentyabrın 12-də Azadlıq prospektində skuterdən yıxılıb.
Xəstəxanaya yerləşdirilən İ. Nəbiyev sentyabrın 21-i orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
