“Mercedes” komandasının rəhbəri Toto Volf Azərbaycan Qran-prisinə qatılmayacaq.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, avstriyalı Bakıya getməyəcək və həftəsonu yarışı uzaqdan izləyəcək. Onu komanda rəhbərinin müavini Bredli Lord əvəz edəcək.
Volf artıq 2026-cı il mövsümünün bir mərhələsini buraxıb və Suzukada keçirilən Yaponiya Qran-prisinə getməyib. O zaman onun iştirak etməməsinin heç bir səbəbi göstərilməyib.

Azərbaycan Qran-prisi mövsümün sonuna qədər “Mercedes” üçün üç üçqat yarış seriyasına başlayır. Volf əvvəllər çempionatın bu mərhələsində çox şeyin dəyişə biləcəyini qeyd etmişdi.
“Mercedes” komandasının rəhbərinin sözlərinə görə, yarış həftəsonları ərzində etibarlılıq, hazırlıq və performans xüsusilə vacib olacaq. O, həmçinin qeyd edib ki, komanda bu dövrdə çempionatdakı mövqeyini ya gücləndirə, ya da itirə bilər.
Azərbaycan Qran-prisi sentaybarın 24-26-da keçiriləcək.
