Qanunda həkim-onkoloq onkologiya ixtisası üzrə hazırlıq keçmiş həkim-mütəxəssis kimi müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Terminal mərhələ onkoloji xəstənin bioloji ölümündən əvvəl orqanizmin funksiyalarının tükənməsi kimi izah edilir.
Qanunda sitoloji müayinə orqan və toxumalardan alınmış preparatlarda olan hüceyrə elementlərinin mikroskopik üsullarla tədqiqi kimi müəyyən edilib.
Bu anlayışlar onkoloji yardımın göstərilməsi zamanı istifadə olunan əsas tibbi və hüquqi terminləri əhatə edir.