Yevlaxda 53 yaşlı kişinin meyiti kanaldan tapılıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb.

1973-cü il təvəllüdlü Qasımov İxtiyar Vəli oğlunun meyiti qəsəbə ərazisindən keçən su kanalında aşkarlanıb.

İlkin məlumata görə, İ.Qasımov içkili vəziyyətdə olarkən kanala yıxılıb.

Faktla bağlı araşdırma aparılır.