
Bakıda arvadını öldürən kişi saxlanılıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Soltanov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar aparılır.
***
saat 12.10
Bakıda qətl hadisəsi olub.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində baş verib.
48 yaşlı Soltanova Mədinə Hüseynqulu qızı yaşadıqları evdə qətlə yetirilib.
Onun həyat yoldaşı tərəfindən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı öldürüldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
