Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir və xərcləri onların faktiki əldə edildiyi və ya ödənildiyi vaxtdan asılı olmayaraq uçota almalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Gəlir gəlir almaq hüququnun əldə edildiyi, xərc isə xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə alınır.
Bu metodda əsas meyar pul vəsaitinin faktiki hərəkəti deyil, gəlir və xərc üzrə hüquq və öhdəliyin yaranmasıdır.
Vergi ödəyicisi müvafiq gəlir və xərcləri onların aid olduğu hesabat dövründə uçota almalıdır.