Bərdədə ölümlə nəticələnən yol qəzası olub.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Bərdə-Kələntərli yolunda baş verib.
Əliyev Mənsur Qərib oğlunun idarə etdiyi avtomobil at arabasını vurub. Nəticədə arabada olan Babaşov Arif Əhliman oğlu yıxılaraq, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi açılıb.
