
Bakıda kişi həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinir.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Binəqədi rayonunda baş verib.
42 yaşlı Rafət Ağalarovun həyat yoldaşı 40 yaşlı Esmira Ağalarovanı boğaraq qətlə yetirdiyi bildirilir.
Qətli törətməkdə şübhəli bilinən Rafət Ağalarov saxlanılıb. Hadisənin baş verməsinə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.
***
saat 17.25
Bakıda qətl hadisəsi olub.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.
42 yaşlı Rafət Ağalarov 4 uşaq anası olan arvadı 40 yaşlı Esmira Ağalarovanı boğaraq, öldürüb. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rafət Ağalarov tutularaq, istintaqa təhvil verilib.
İddialara görə, qadın ərindən boşanmaq istəyibmiş. Cinayət də məhz bu səbəbdən yaranan mübahisə zəminində baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.
