FİFA prezidenti Canni İnfantino qurumun 4,4 milyard funt sterlinq həcmində qiymətləndirilən pul ehtiyatından üzv federasiyalara əlavə vəsait ayrılmasının mümkün olduğunu bildirib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, İnfantino FİFA-nın altı qitə konfederasiyasına göndərdiyi məktubda məsuliyyətlə ayrıla biləcək ən yüksək əlavə maliyyəni dəstəkləyəcəyini qeyd edib.
UEFA və Şimali, Mərkəzi Amerika, eləcə də Karib hövzəsi ölkələrini birləşdirən CONCACAF FİFA-nın 211 üzvünün hər birinə 10 milyon dollar ödənilməsini tələb edib. Məsələ oktyabrın 15-də keçiriləcək FİFA Şurasının iclasında müzakirəyə çıxarılacaq.
İnfantino ödənişin məbləği ilə bağlı əvvəlcədən qərar verməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, vahid rəqəm müzakirənin başlanmasına kömək edə bilər, lakin qlobal maliyyə siyasətini tam müəyyənləşdirə bilməz.
Qeyd edək ki, İnfantino dünya çempionatı və digər turnirlərin kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı nəzərdə tutan FİFA Forward Enterprise layihəsinə görə ciddi tənqidlərlə üzləşib. Etirazlardan sonra layihə geri götürülüb.
İnfantino 2027-ci ilin martında dördüncü dəfə FİFA prezidentliyinə namizəd olacaq. Onun potensial rəqibləri namizədliklərini noyabrın 18-dək irəli sürməlidirlər.
