Lənkəranda zəlzələ oldu

29 Sentyabr 2026, 16:06

Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Heftelik.az-a  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosudan məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub